Şirvanda daha iki zəlzələ olub

Şirvanda daha iki zəlzələ olub

13 İyul 2011 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvan şəhərində dünən baş verən iki zəlzələnin ardınca daha iki zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, üçüncü zəlzələ saat 18.40-da Şirvan şəhərindən 30 km şimalda qeydə alınıb. Zəlzələnin maqnitudası 4.20, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb. Sonuncu zəlzələ isə saat 18.47-də Şirvan şəhərindən 38 km şimalda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.10, dərinliyi 28 km olub. Zəlzələ hiss olunmayıb.

Zəlzələ vəlvələsiz ötüşdü.

Tofiq Əliyev

O.M.