Sərxoş sürücü iki piyadanı vurub qaçdı

Sərxoş sürücü iki piyadanı vurub qaçdı

13 İyul 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvanda sürücü iki piyadanı vurub və hadisə yerindən qaçıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, ötən gecə Şirvan şəhər sakini Əsgərov Əli Qismət oğlu sərxoş vəziyyətdə idarə etdiyi "Chevrolet" markalı, 90 LG 461 dövlət nömrəli nişanlı avtomobillə iki piyadanı vuraraq hadisə yerindən qaçıb. Piyadalar - Şirvan sakinləri, 1988-ci il təvəllüdlü Bəşirov Vüsal Elçin oğlu və 1975-ci il təvəllüdlü Hüseynov Yengibar Əmənulla oğlu qapalı kəllə-beyin travması ilə koma vəziyyətində Şirvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Həm içki içdi, həm də piyada qanını.

Tofiq Əliyev

O.M.