Dayanmadan hürən uşağı dövlət qorudu

Dayanmadan hürən uşağı dövlət qorudu

13 İyul 2011 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyada it "evində" yatan, mütəmadi olaraq hürən - bir sözlə, danışmağı bilməyən 9 yaşlı qız dövlətin himayəsi altına verildi.

Ölkədə "XXI əsrdə yaşanan bu olayda hamımızın günahı var" başlıqlı çıxan xəbərlərdə bunlar deyilir. Bari şəhərində 56 yaşlı əlil ata ilə psixi sarsıntı keçirən 46 yaşlı ana polisə qızlarının qeybə çəkildiyini bildirmişdi. Evin çərçivəsində axtarış aparan polis balacanı 2 il sonra it yuvasında tapdı. İtlə bərabər eyni qabdan su içən, yemək yeyən 9 yaşlı uşağın aylardır çimmədiyi də ortaya çıxdı. Hazırda balacanın cinsi istismara məruz qalıb-qalmadığı araşdırılır. Və gözlər bu olaya hüquqi baxımdan qiymət verəcək olan hakimə tərəf çevrilib.

İt həyatı yaşayan, it kimi hürən insanlar bizdə də var. Özü də lap çox...

Günel Həbib

O.M.