Mal ətində radioktiv maddə
Yaponiyanın "Fukusima-1" atom-elektrik stansiyasının yaxınlığındakı Minamisoma fermasından mal-qaranın ətində radioaktiv maddə olan sezium aşkar edilib. Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri Miçihiko Kanonun məlumatına görə, həmin ərazidə samanla yemlənən inəklərin 1 kiloqram ətində 5000 bekkerel radioaktiv sezium aşkar edilib. Bu isə təhlükəsizlik normasından 56 dəfə çoxdur. Bu inəklərin əti artıq bazara çıxarılıb. Ötən həftə isə "Fukusima-1" AES yaxınlığındakı fermalardan birində 11 inəyin ətində Yaponiya hökumətinin təyin etdiyi səviyyədən 3-6 dəfə çox sezium aşkar edilmişdi. Hazırda "Fukusima-1" atom-elektrik stansiyası ətrafında 20-kilometrlik təcridetmə zonasından kənarda yerləşən 250-dən çox fermada heyvan yeminin yoxlanmasına başlanılıb. Fukusima prefekturasındakı bütün fermalar bu siyahıya daxil edilib.
"Fukuşima"nın səsi hələ indi çıxır.
Tofiq Əliyev
O.M.