Bu ilin 6 ayı ərzində Azərbaycanda 433 nəfər qidadan zəhərlənib

Bu ilin 6 ayı ərzində Azərbaycanda 433 nəfər qidadan zəhərlənib

12 İyul 2011 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin 6 ayı ərzində Azərbaycanda 358 qida zəhərlənməsi hadisəsi baş verib. Qida zəhərlənmələri hadisələrindən 433 nəfər zərər çəkib. Bu haqda APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. İ. Abdullayevin sözlərinə görə, bu hadisələrdən 18-i botulizm təşkil edib. Botulizmdən 36 nəfər zəhərlənib, onlardan biri dünyasını dəyişib. Baş vermiş bütün qida zəhərlənmələri ev şəraitində hazırlanmış qidaların qəbulu nəticəsində baş verib. Burada əsasən evlərdə hazırlanan tərəvəz turşularının rolu böyükdür.

Tofiq Əliyev

O.M.