Katoliklərlə protestantlar toqquşub
Şimali İrlandiyada ənənəvi "İyirmi" bayramı münasibətilə protestantların keçirdiyi parad toqquşmalara çevrilib. Paytaxt Belfastın müxtəlif hissələrində parad iştirakçıları ilə xüsusi təyinatlı dəstələr arasında toqquşma baş verib. XVII əsrdə protestantların katoliklər üzərində hərbi qələbəsinin qeyd edilməsinə həsr olunmuş "Narıncı Order" təşkilatının on minlərlə üzvü yürüş də planlaşdırmışdı. Lakin protestantlar adətə uyğun olaraq tonqal qalayarkən, bir qrup katolik gərginlik yaradıb. Toqquşmalar Böyük Britaniyanın protestant və katolik icmalarının yaşadığı yerlərdə barrikadaların qurulduğu "sülh xətləri" adlandırılan yerdə baş verib. Polis protestantların tonqal qaladığı yerə katoliklərin daxil olmasının qarşısını almaq üçün canlı sədd yaradıb. Katoliklər polisə molotov kokteyli və daş atıblar. Belfastın bir hissəsində isə katoliklər avtobus qaçıraraq, onu polis əməkdaşlarının üzərinə sürməyə çalışıblar. Polisin məlumatına görə, Belfastda toqquşmalarda azı 7 asayiş keşikçisi xəsarət alıb. Toqquşmalarda xəsarət alan mülki şəxslər polisin təqibindən qorxaraq, xəstəxanalara müraciət etmədiyindən, ümumilikdə neçə nəfərin xəsarət aldığı dəqiq bilinmir.
Asayiş keşikçilərinə qarşı asayişi pozdular.
Tofiq Əliyev
O.M.