Əfqanıstan prezidentinin qardaşı qətlə yetirilib
Bu gün Əfqanıstan prezidentinin qardaşı Əhməd Vəli Kərzai Qəndəhar şəhərində qətlə yetirilib. "Reuters"in yaydığı məlumata görə, qətllə bağlı faktı Qəndəharın qubernatoru da təsdiqləyib. "RİA" Novosti isə Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərdə yazır ki, Əhməd Vəli Kərzai evində öz mühafizəçisi tərəfindən öldürülüb. Hazırda hadisənin təfərrüatları araşdırılır.
Canını öz cangüdəni aldı.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər