Usama Ben Ladeni uşaqlarının qanı ələ verdi

Usama Ben Ladeni uşaqlarının qanı ələ verdi

12 İyul 2011 17:18
Bəyəndim (0) Bəyənmədim (0)
CİA-nın möhtəşəm DNT planı elə möhtəşəm nəticə verdi

"Telegraph"ın xəbərinə görə, CİA Ben Ladenin kuryerini Abottabad şəhərinə qədər təqib etdikdən sonra Əl-Qaidə liderinin oradakı evdə yaşadığına əmin olmaq istədi. Pakistanlı eks həkimə vəzifə verərək, şəhər xalqına hepatit B peyvəndi vurmasını istədi. Eyni layihədə işləyən bir tibb bacısı da Ladenin evindəki uşaqlara peyvənd vurdu. Agentlərin məqsədi uşaqlarla Ladenin bacısının qanının müqayisə edilməsi idi. Belə ki, mərhum liderin bacısı ötən il Bostondakı xəstəxanada ölmüşdü. Əldə edilən DNT-nin nəticəsi Ladenin o evdə yaşadığını dəqiqləşdirmiş oldu. Beləcə, Əl-Qaidə lideri bu tələyə düşdü. Həftələr sonra amerikalılara yardım edən o həkim Pakistanlı polislər tərəfindən tutuldu. Lakin Amerika bu işə qol qoydu və o, yenidən sərbəst buraxıldı.

Həkim satqın çıxdı.

Günel Həbib

O.M.