Quraqlıq və aclıqdan qaçan Somali vətəndaşları Keniyaya axın edir
Kəskin quraqlıq və aclıqdan qurtulmaq üçün minlərlə Somali vətəndaşı Keniyaya üz tutub. Keniyanın şimalındakı Dadaab qaçqın düşərgəsində qurulan yeni çadırların sayı artır. Quraqlıqda ev heyvanlarının ölməsi və yaxud qaçıb getməsi onların qidasız qalması ilə nəticələnib. BMT mütəxəssislərinin hesablamalarına görə, 10 milyon afrikalının ərzaq yardımına ehtiyacı olacaq. Qeyd edək ki, Keniyadakı Dadaab düşərgəsi ilkin olaraq, 90 min qaçqın üçün nəzərdə tutulsa da, hazırda orada 382 min adam məskunlaşıb. BMT Keniya hökumətinə müraciət edərək, qaçqınların ölkənin digər ərazilərində də yerləşdirilməsinə çağırıb. Keniya hökuməti qaçqın axınının ölkədə əhali sıxlığı yaradacağından ehtiyat edərək, bu çağırışa müsbət cavab verməyib.
Somali vətəndaşları vətəndə ac qalmaqdansa, qürbətdə tox yaşamağı üstün tutdu.
Tofiq Əliyev
O.M.