“Kamaz” minik maşını ilə toqquşdu

“Kamaz” minik maşını ilə toqquşdu

12 İyul 2011 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakı-Qazax yolunun 158-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. Balakən rayon sakini Məhəmməd Maqomayevin idarə etdiyi "Kamaz" markalı və Qazax rayon sakini Elnur Mehdiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə Elnur Mehdiyevin sərnişini, Bakı şəhər sakini Elmira Seyidova hadisə yerində dünyasını dəyişib. Xəsarət alan sürücü və digər sərnişinləri, Bakı şəhər sakinləri Zaur Mahmudov və Gülər Alıyeva isə xəstəxanaya yerləşdiriliblər.

Yük maşını minik maşınının yükünü daha da artırdı.

Tofiq Əliyev

O.M.