İranda qadınlar üçün növbəti qadağa

İranda qadınlar üçün növbəti qadağa

12 İyul 2011 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Qəlyan çəkmək İranda qədim zamanlardan təkcə kişilər arasında deyil, qadınlar arasında da populyar olan məşğuliyyətdir. Lakin İran hökumətinin yeni qanununda qəlyan evləri və kafelərindən indi yalnız kişilərin istifadə edə biləcəyini nəzərdə tutulur. İran qadınlarına qəlyan çəkmək imkanı verən çayxanalara daxil olmaq qadağan edilib. Qəlyan evlərinin çoxluğu ilə seçilən Dərbənd şəhərində qanun qüvvəyə minməzdən bir gün əvvəl qadınlar sonuncu dəfə kafedə qəlyan çəkiblər. Polis son vaxtlar qəlyan kafelərinə gələn qadınların sayının artdığını bildirir. Kafe sahibləri isə qadağanın onların işinə mənfi təsir edəcəyindən narahatdırlar. Yeni qanuna əsasən, qadınlar İran yeməkləri verən restoranlara gedə bilərlər, lakin onların orada da qəlyan çəkməsi qadağan edilir. Polis yeni qanunun ölkənin "Mənəvi Təhlükəsizlik Planı"nın bir hissəsi olduğunu bildirir. Bu plan isə, əsasən, İranda İslam qayda-qanunlarına uyğun olmayan geyim tərzi və saç düzümünü hədəf alıb. Polis qadınların öz baş örtüklərini düzgün taxmaqlarından kişilərin Qərbyönümlü saç düzümü və bəzək əşyalarınadək hər şeyə nəzarət edir.

Qəlyansız qalan qadınlar indi özləri hirslərindən tüstüləyirlər.

Tofiq Əliyev

O.M.