Məşhur xokkeyçi təyyarə qəzasında öldü

Məşhur xokkeyçi təyyarə qəzasında öldü

12 İyul 2011 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiyada ultrayüngül idman təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində məşhur xokkeyçi Yaroslav Yirjik həlak olub. Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə şahidinin sözlərinə görə, təyyarə əkin yerinə düşüb və alışıb. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və xüsusi helikopter göndərilib.

Qeyd edək ki, 71 yaşlı Yaroslav Yirjik məşhur çexiyalı xokkeyçidir. O, keçmiş sosializm düşərgəsi ölkələrində NHL-də oynayan ilk xokkeyçi olub.

Heç kəs qəzadan sığortalanmayıb.

Tofiq Əliyev

O.M.