Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub

Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub

11 İyul 2011 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub. Həmin şəxslər yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə cəzalandırılıblar. Bundan başqa nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 1 əməkdaşına isə tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə "şiddətli töhmət" elan edilib.

Artıq tamah baş yardı.

Tofiq Əliyev

O.M.