
FHN-ə qarşı təxribat
DİN əməliyyat keçirdi
Azərbaycan DİN-nin məlumatına görə, FHN-nin "112" xidmətinin binasına bomba qoyulması barədə məlumat təsdiqini tapmamışdır.
Aprelin 8-də
saat 11.10 radələrində naməlum şəxs FHN-nin "112" xidmətinə
zəng edərək FHN-nin "112" xidmətinin binasına bomba qoyulması
barədə məlumat vermişdir.
Məlumat DİN-in Növbəti Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, dərhal əməliyyat
tədbirləri həyata keçirilsə də məlumat təsdiqini tapmamışdır.
Aparılan araşdırmalar zamanı bilərəkdən yalan məlumatı verənin Ağdam rayonunun Təzəkənd
qəsəbəsində məskunlaşmış 13 yaşlı L.M. tərəfindən edilməsi müəyyən edilmişdir.
O.M.
Digər xəbərlər