Ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

11 İyul 2011 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Küveytin nüfuzlu və çoxtirajlı ingilisdilli "Arab Times" qəzeti və "Əl-Siyasə" xəbər agentliyi Küveytin iyulun 11-də hüquq-mühafizə orqanları tərəfindən ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsinə dair məlumat yayıb. Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən xəbərə görə, məlumatda bildirilir ki, Küveyt Daxili İşlər Nazirliyinin kriminal hallar idarəsinin əməkdaşları böyük villalardan və qızıl-zinət mağazalarından külli miqdarda qızıl məmulatları və bahalı əşyalar oğurlayan Rusiya vətəndaşı olan altı ermənidən ibarət peşəkar cinayətkar dəstəni zərərsizləşdirib. Tərkibində iki qadının da olduğu soyğunçu dəstə son dörd il ərzində bir milyon Küveyt dinarı (təxminən 3 700 000 ABŞ dolları) məbləğində qızıl-zinət əşyaları oğurlayıb. Onlar yay mövsümündə kommersiya məqsədli vizayla Küveytə gələrək zəngin insanların villalarını soymaqla məşğul olurmuşlar. Dəstə başçısı axtarışdadır. Məlumata görə, son vaxtlar paytaxtda və Havalli yaşayış məntəqəsində yerləşən villalarda oğurluq və soyğunçuluq hallarının artması və seyflərdən oğurluqda daha inkişaf etmiş texnologiyanın tətbiqi müşahidə edilib. Yalnız son iki ay ərzində ümumi dəyəri iki yüz min Küveyt dinarı məbləğində qızıl-zinət əşyaları oğurlanıb. Polis nəzarət-təftiş işlərini gücləndirib və 2007-ci ildə məsuliyyətə cəlb olunmuş milliyyətcə erməni olan Rusiya vətəndaşını həbs edib. Sorğu-sual zamanı erməni qızıl-zinət əşyalarının oğurlanmasında peşəkarlaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü olduğunu, dəstənin digər üzvləri ilə birlikdə hər il soyğunçuluq məqsədilə Küveytə gəldiklərini etiraf edib.

Həbs olunan şəxs mütəşəkkil cinayətkar dəstənin digər üzvlərini də ələ verib. Onların hamısının milliyyətcə erməni olduqları vurğulanır. Hazırda mütəşəkkil cinayətkar dəstənin başçısının axtarışı davam edir.

Cinayət, haqsızlıq və oğurluq ermənilərin ən sevimli məşğuliyyətidir.

Tofiq Əliyev

O.M.