1 milyard pikselli kamera kosmosu bizə yaxınlaşdıracaq

1 milyard pikselli kamera kosmosu bizə yaxınlaşdıracaq

11 İyul 2011 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Kosmos Agentliyi 1 milyard ulduzu 3D-li çəkə bilən yeni aparat icad etdi. Bu kamera bu günə kimi kosmos proqramları üçün dizayn edilmiş ən böyük kamera özəlliyini daşıyır. Cihaz plastik kart şəklində, saç teli qalınlığındakı silikon lövhələrdən ibarətdir. Hansı ki, bu lövhələr qalaktikadan aldığı işığı piksel olaraq yığır. Texnologiya möcüzəsi olan bu cihaz, ulduz kamerası bir insanın Aydakı dırnaq izini görə biləcək vəziyyətdədir. "Soyuq-Freqat" adlı raketə qoşulan kamera səmaya ilk səfərini bu yaxınlarda edəcək.

Mən də özümü ulduz saydığım üçün bu kamerada özümü görmək istərdim...

Günel Həbib

O.M.