Birisi gün Bulvarda attraksionlar pulsuz olacaq

Birisi gün Bulvarda attraksionlar pulsuz olacaq

11 İyul 2011 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəhbərinin müavini Nazim Məcidov iyunun 1-də Beynəlxalq uşaq günü münasibətilə belə aksiyanın keçirildiyini xatırladıb: "Həmin aksiya bizi bunu davamlı etməyə həvəsləndirdi". Keçirilmiş son aksiya valideynlərinin maddi imkanları yaxşı olmayan uşaqların belə tədbirlərə ehtiyacı olduğunu üzə çıxarıb: "Bununla əlaqədar olaraq, ayda 1 dəfə uşaqlar üçün attraksionlar pulsuz olacaq". N.Məcidov növbəti belə aksiyanın iyulun 13-də saat 09:00-dan 12:00-dək keçiriləcəyini söyləyib.

Kaş ki, heç olmasa bəzi reklamlarda deyilənlər doğru olardı...

Günel Həbib

O.M.