Minik avtomobili yük maşını ilə toqquşdu

Minik avtomobili yük maşını ilə toqquşdu

11 İyul 2011 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayonu, Kürdəmir-Hacıqabul şosesinin 35-ci km-də "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub. Nəticədə, "VAZ" markalı avtomobilin sürücüsü və 5 sərnişin xəsarət alıb. Hadisə zamanı avtomobildə olan Elmira Vəli qızı Seyidova həlak olub. Yaralılar və həlak olmuş şəxsin cəsədi xilasedicilər çatana kimi yerli sakinlər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Yük maşını qəzanın yükünü daha da ağırlaşdırdı.

Tofiq Əliyev

O.M.