Ölkəmizdə leysan, dolu gözlənilir
Həftənin ilk günlərində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, arabir
23-25 m/s, günün ikinci yarısında 10-14 m/s-dək mülayimləşəcək. Havanın
temperaturu gecə 21-26° isti, gündüz 29-33° isti, Abşeron çimərliklərində dəniz
suyunun temperaturu 23-24° isti olacaq. İyulun 12-də havanın arabir
tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış
yağacağı ehtimalı var. Şimal küləyi 8-13 m/s, arabir 15-17 m/s çatacaq. Havanın
temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti təşkil
edəcək. Azərbaycanın rayonlarında bu gün əsasən gecə və axşam bəzi yerlərdə
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan
xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı
yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 21-26° isti,
gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
İyulun 12-13-də də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu
düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir güclənəcək. Havanın
temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti,
gündüz 20-25° isti olacaq.
Şimşək kimi çaxsanız da, bulud kimi dolsanız da sonda nəsibiniz aydın səma olsun...
Günel Həbib
O.M.