Göygöl rayonunda yol qəzası

Göygöl rayonunda yol qəzası

11 İyul 2011 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

Göygöl rayonu ərazisində Beyləqan rayon sakini Abdulxan Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini Bəsti Atayevanın idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Beyləqan rayon sakinləri Mürsəl Mehrəliyev və Diltus Rüstəmov, habelə B. Atayeva və onun sərnişini Səkinəbanu Atayeva isə xəstəxanaya yerləşdirilib.

Heç kəs qəzadan sığortalanmayıb. Amma yenə də ehtiyatı əldən verməmək lazımdır.

Tofiq Əliyev

O.M.