Yevlaxda ev külə döndü

Yevlaxda ev külə döndü

2 İyul 2015 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlaxda fərdi yaşayış evi yanıb. "Report" xəbər verir ki, hadisə rayonun Cahangir Kərimov küçəsində baş verib.

Rayon sakini Sarıtel Abbasovaya məxsus yaşayış evində baş verən yanğına səbəb məişətdə işlədilən qaz balonunun partlaması olub. Hadisə zamanı fərdi yaşayış evinin mətbəxlə bərabər 4 otağı əşyaları ilə birlikdə yanaraq kül olub.

Yanğını söndürmək üçün ilk olaraq qonşular müdaxilə edib. Köməyə gələn ev sahibinin yaxını Rauf Cabbarov isə evi söndürmək istəyərkən xəsarət alıb. Müxtəlif dərəcəli yanıq xəsarəti alan 26 yaşlı gənc Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə FHN-nin Yevlax Yanğından Mühafizə Hissəsinin əməkdaşları çağırılıb. İki avtomobilin və canlı qüvvənin köməkliyi ilə alov söndürülüb.

Mediainfo.az