Məktəb direktorunu günahsız yerə sürüyüb öldürdülər - FOTO

Məktəb direktorunu günahsız yerə sürüyüb öldürdülər - FOTO

2 İyul 2015 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Bihar əyalətində iki şagirdin ölü tapılmasının ardından valideynlər məktəbin direktorunu linç ediblər.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sonuncu dəfə məktəbdə görünən 10 və 11 yaşındakı iki uşaq bir gölməçədə ölü tapılıb. Bundan sonra valideynlər müəllimin uşaqları döyüb suya atdığını iddia ediblər.

Valideynlər və kəndlilər 53 yaşlı direktor Devendra Prasad Sinhanı sürüməyə başlayıblar. Hirsli insanlar direktoru döyərək öldürüblər. Hadisədən sonra meyitlər yarılanda uşaqların boğularaq öldüyü, hər hansı bir xarici müdaxilənin olmadığı bildirilib.

Mediainfo.az