Amerikada seks skandalı ortalığı qarışdırdı
Əfqanıstanda əfqan polisinə təlim keçmək üçün Amerikadan göndərilən xüsusi təhlükəsizlik işçilərinin biabırçılığı internetə sızdı. "AGNA" adlı özəl təhlükəsizlik şirkətinin işçiləri bu ölkəyə təhsil məqsədi ilə göndərilmişdi. Lakin əməkdaşların Amerika səfirliyində verdiyi seks partilərinin fotoları sosial aləmi "bəzəyincə" ortalıq qarışdı. "Wikileaks" sənədlərində də adı keçən şirkətin əməkdaşları 2008-2009-cu illərdə keflərindən qalmadılar - nəticədə Amerikada onları məhkəməyə verənlər tapıldı. Seks partiləri qalmaqalı ilə bağlı açılan işdə şirkət 7.5 milyon dollar təzminat ödəməyə məhkum edildi. Xatırladaq ki, seks partilər ABŞ səfirliyində verilirdi.
Bu qalmaqaldan sonra çoxlarının üzərində "seks parti" həyata keçiriləcək...
Günel Həbib
O.M.