Uşaqbaz azərbaycanlı biznesmenə 13 il həbs

Uşaqbaz azərbaycanlı biznesmenə 13 il həbs

1 İyul 2015 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Kamçatka vilayətinin Yelizovsk Rayon Məhkəməsi tərəfindən azərbaycanlı biznesmen, tikinti firmasının direktoru azyaşlılarla zorla cinsi əlaqəyə girmək ittihamı ilə 13 il həbsə məhkum edilib.

Virtualaz.org saytı Kamçatka prokurorluğunun yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, 49 yaşlı biznesmen (adı və soyadı açıqlanmır) 2012-ci ildə ona məxsus evdə 13 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Ötən ilin aprel ayından iyun ayına qədər isə 10 yaşlı qızla telefonda dəfələrlə seksual mövzuda uzun söhbətlər aparıb, onunla intim əlaqəyə girməyə çalışıb.

Məhkəmə-tibb ekspertizası müəyyən edib ki, həmin şəxs seksual zəmində pozğunluqlara meyllidir və pedofildir. Məhkəmə onu cəzasını ciddi rejimli həbsxanada çəkməklə 13 il azadlıqdan məhrum edib.

Həmçinin biznesmenə məcburi müalicə təyin olunub. Zərərçəkən azyaşlıların maraqlarını müdafiə edənlər mənəvi zərərin ödənilməsi tələbi ilə iddia qaldırmayıblar. Hökm hələ qəti deyil və ondan şikayət verilə bilər.

Mediainfo.az