Borca görə özünü asdı

Borca görə özünü asdı

1 İyul 2015 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ağdaş rayonunda intihar hadisəsi baş verib. 57 yaşlı rayon sakini özünü asıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, 1959-cu il təvəllüdlü Rəhman Məmmədov işlədiyi avtomobil ehtiyat hissələri satışı mağazasında özünü asıb. Şahidlər hadisənin bu gün saat 11:30-da baş verdiyini bildiriblər.

İlkin məlumata görə, həmin mağazanın sahibi olan mərhumun külli miqdarda borcu olub.

Ağdaş Rayon Polis Şöbəsindən virtualaz.org saytına faktı təsdiqlədilər. Amma əlavə məlumat vermədilər: "İntiharın səbəblərini rayon prokurorluğu araşdırır".

Mediainfo.az