6 otaqlı ev yanıb

6 otaqlı ev yanıb

1 İyul 2015 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Saray qəsəbəsində yerləşən 6 otaqlı evdə yanğın baş verib.

FHN saytının məlumatına görə, bu gün Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin mətbəxində soyuducunun yanması nəticəsində yüksək temperaturdan lambirdən ibarət tavan 4 kv.m sahədə əriyib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Mediainfo.az