Hərbi bazada partlayış baş verib

Hərbi bazada partlayış baş verib

11 İyul 2011 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Kiprin cənubunda hərbi bazada partlayışlar baş verib. Ziqi yaşayış məntəqəsində baş vermiş insident nəticəsində azı 12 nəfər ölüb, onlarla adam yaralanıb. Bazanın anbarında 98 barıt konteyneri olub. İlkin versiyaya görə, partlayıcı maddələr öz-özünə partlayıb. Yerli kütləvi informasiya vasitələri hava şəraitinin partlayışlara səbəb ola biləcəyini xəbər verir. Hərbi nümayəndələr bu səhər bir çox rayonlarda baş vermiş elektrik kəsilməsinin də partlayışa səbəb olduğunu ehtimal edirlər.

İş vaxtı işə düşdülər.

Tofiq Əliyev

O.M.