İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

1 İyul 2015 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi, polis polkovniki Seyfulla Səttar oğlu Əzimov və polis polkovniki Əkbər Arif oğlu Yusifova isə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Mediainfo.az