Paytaxtda 2 avtomobil toqquşdu

Paytaxtda 2 avtomobil toqquşdu

11 İyul 2011 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda ağır yol qəzası baş verib. İsmayıl İsmayılovun idarə etdiyi "Range Rover" markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən Məcid Rəsulovun idarə etdiyi "Nissan Qaşqai" markalı avtomobillə toqquşub. Nəticədə "Nissan Qaşqai"nin sürücüsü M. Rəsulov, sərnişinləri Mariya Səmədova, Məleykə İdrisova və Südabə İdrisova Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. S. İdrisova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Yollarda ehtiyatlı olmaq lazımdır, əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.