Hindistanda içərisində 1000-ə yaxın sərnişin olan qatar aşıb

Hindistanda içərisində 1000-ə yaxın sərnişin olan qatar aşıb

11 İyul 2011 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Uttar-Pradeş ştatındakı Lakxnau şəhərindən 150 kilometr aralıda sərnişin qatarı aşıb. Qatarın relsdən çıxması nəticəsində azı 53 nəfər ölüb. Daha 250-yə yaxın insan müxtəlif dərəcəli xəsarət alıb. Qəza zamanı qatarda 1000-ə yaxın sərnişinin olduğu bildirilir.

Qəza nəticəsində 15 vaqon relsdən çıxıb. Qatar ölkənin paytaxtı Dehliyə gedirmiş. Hadisənin səbəbləri hələ ki aydın deyil. Hindistanın dəmir yollarının nümayəndəsinin sözlərinə görə, relsdən çıxan zaman qatarın sürəti saatda 108 kilometr təşkil edib.

Hərdən bəzi insanlar kimi qatarlar da öz yolunu azır, yəni relsdən çıxır.

Tofiq Əliyev

O.M.