Avtomobil ana və 2 azyaşlı uşağı vurdu

Avtomobil ana və 2 azyaşlı uşağı vurdu

11 İyul 2011 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Quba şəhər sakini Asif Əhmədov idarə etdiyi "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə qarşısına çıxan 3 piyadanı - Quba rayonu İspik kənd sakinləri, 1983-cü il təvəllüdlü Eldarova Validə Şakir qızı və onun iki azyaşlı övladı - 1998-ci il təvəllüdlü Eldarova Ayan Ramiq qızı və 2010-cu il təvəllüdlü Eldarov Elay Ramiq oğlunu vurub. Ana və uşaqları müxtəlif bədən xəsarətləri alıblar.

Sürücü sürərkən, piyada gəzərkən ehtiyatlı olmalıdır.

Tofiq Əliyev

O.M.