Tatarıstanda göyərtəsində 199 nəfər olan gəmi batıb

Tatarıstanda göyərtəsində 199 nəfər olan gəmi batıb

11 İyul 2011 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 10-da Moskva vaxtı ilə saat 13.58-də Tatarıstan Respublikası Kansko-Ustinovsk rayonunun Syukeyevo kəndi yaxınlığında göyərtəsində 199 nəfər olan gəmi Volqa çayında batıb. Gəmi Bolqar şəhərindən Kazana gedirmiş. İlkin ehtimallara görə, gəminin batmasına güclü tufan səbəb olub. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Tatarıstan FHN-dən bildirilib ki, 79 nəfər xilas edilib, daha 9 nəfərin isə cəsədi tapılaraq sudan çıxarılıb. Gəmidə xeyli sayda uşağın olduğu bildirilir. Meyiti tapılanlar arasında uşaqlar da var. Xeyli sayda insan itkin düşmüş sayılır. Xilasetmə və araşdırma davam edir.

Tatarıstan hökumətinin gəmiləri dəryaya qərq oldu.

Tofiq Əliyev

O.M.