Çində təbii fəlakət qurbanlarının sayı artır

Çində təbii fəlakət qurbanlarının sayı artır

8 İyul 2011 17:55
Bəyəndim (0) Bəyənmədim (0)

Aylardır yağmağa davam edən yağışlar Çinin bəzi bölgələrində həyatı iflic edib. Torpaq sürüşməsi yolların və körpülərin bağlanmasına səbəb olub. Ölkənin cənub-qərbindəki Milli Magistral adlı yerin Quançjou hissəsində aparılan təmizləmə işləri yağışların intensivləşməsi ilə əlaqədar çətinləşib. Torpaq sürüşməsi və daşqınlar nəticəsində 400 metrlik yola ziyan dəyib. Çinin mərkəzi hissəsindəki Hooba əyalətinin Ensi şəhərində isə yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində bir yanacaq-doldurma məntəqəsi və 2 ev dağılıb. Hooba əyalətini Fenji əyaləti ilə birləşdirən yol da bağlanıb, azı 2 nəfərin torpaq altında qaldığı bildirilir. Bölgədə xilasedicilər işləyir. Siçuan əyalətində yüzlərlə sakin daşqın qurbanı olmaqdan xilas edilib. Çinin cənub-şərqində ümumilikdə son 1 həftə ərzində 18 nəfər, ötən ay ərzində isə 280 nəfər təbii fəlakət qurbanı olub.

Apardı sellər "Kitay"ı

Tofiq Əliyev

O.M.