Misirdə kütləvi aksiyalar planlaşdırılıb

Misirdə kütləvi aksiyalar planlaşdırılıb

8 İyul 2011 17:31
Bəyəndim (0) Bəyənmədim (0)

Misirdə mövcud hərbi rejimə qarşı kütləvi nümayişlər planlaşdırılır. Paytaxt Qahirə və digər şəhərlərdə ölkəni müvəqqəti idarə edən hərbi hökumətə qarşı etiraz aksiyaları keçiriləcək. Aksiyaların təşkilatçıları bəyan edirlər ki, hazırki hökumət hələ də ölkənin xüsusi xidmət orqanlarını Hüsnü Mübarəkin adamlarından təmizləməyib. Misirin müvəqqəti hökumətinə təqdim edilən bu tələb hələ də qüvvədədir. Bundan başqa, ictimai birliklər sosial ədalətsizliyin aradan qaldırılmasını, minimal əmək haqqının artırılmasını və vergilərin azaldılmasını tələb edir. Planlaşdırılan aksiyalarda ölkənin bütün siyasi qüvvələrinin, o cümlədən "Müsəlman qardaşları"nın iştirakı gözlənilir. Qeyd edək ki, "Müsəlman qardaşları" ötən ay keçirilən kütləvi nümayişləri boykot etmişdi.

Yaşayış səviyyəsi aşağı düşən xalq ayağa qalxır.

Tofiq Əliyev

O.M.