Fatma Mehrəliyevanı maşın vurdu

Fatma Mehrəliyevanı maşın vurdu

8 İyul 2011 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ələt-Astara magistralının 204-cü kilometrliyində - Lənkəran rayonunun Velədi kəndi ərazisində ağır yol qəzası baş verib. Rayonun Gərmətük qəsəbə sakini, 1988-ci il təvəllüdlü Şahmar Şirzad oğlu Səfərov idarə etdiyi "QAZ-3302" markalı avtomobillə yolu keçmək istəyən piyada, rayonun Velədi kənd sakini, 2003-cü il təvəllüdlü Fatma Teymur qızı Mehrəliyevanı vurub. F. Mehrəliyeva aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Uşaqlarınızdan muğayat olun, çünki qəza, fəlakət yaşa baxmır.

Tofiq Əliyev

O.M.