Türkmənistanda silah anbarı partladı

Türkmənistanda silah anbarı partladı

8 İyul 2011 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistanın Abadan şəhərində silah və sursat anbarında güclü partlayış baş verib. Yayılan məlumatlara görə, yaxınlıqdakı evlərə və tikililərə ziyan dəyib. Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Partlayış baş verən anbarda atəşfəşanlıq üçün nəzərdə tutulan pirotexnika vasitələri saxlanılırmış.

RİA "Novosti"nin məlumatına görə, ölkə rəsmiləri partlayış nəticəsində ölən və xəsarət alan olmadığını desə də qeyri-rəsmi məlumatlara görə, hadisə nəticəsində 100 nəfərə yaxın adam ölüb. Hadisə baş verən ərazidə vaxtaşırı partlayışlar davam etdiyi bildirilir.

Silah anbarında "atəşfəşanlıq" oldu.

Tofiq Əliyev

O.M.