Ali məktəblərin magistraturasının boş qalan yerlərinə qəbul

Ali məktəblərin magistraturasının boş qalan yerlərinə qəbul

8 İyul 2011 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ali məktəblərin magistratura pilləsinə daxil olan şəxslər bu ayın 15-dək qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçməlidirlər. Əks halda, onların yerləri boş qalan yerlərlə birgə vakant elan ediləcək və ora yenidən qəbul aparılacaq. TQDK sədri onu da qeyd edib ki, bu günə olan məlumata görə, ali məktəblərin magistraturasına qəbul olunan 4396 nəfərdən cəmi 23 faizi, yəni 1038 nəfər qəbul olunduqları ali məktəbdə qeydiyyatdan keçib.

M. Abbaszadənin sözlərinə görə, gələn ay ali məktəblərin magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan ediləcək: "Vakant yerlərin siyahısı magistraturaya daxil olan bakalavrların daxil olduqları ali məktəblərdə qeydiyyat müddəti bitdikdən sonra dəqiq məlum olacaq".

"Oxumaq, oxumaq, yenə də oxumaq".

Tofiq Əliyev

O.M.