Dünyanın ən quru bölgəsinə qar yağıb

Dünyanın ən quru bölgəsinə qar yağıb

7 İyul 2011 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Çili fövqəladə hallar mərkəzinin məlumatına görə, dünyanın ən quru bölgəsi hesab edilən Atakama səhrasında qar yağıb. Soyuq hava kütlələrinin təsiri ilə yağan qarın hündürlüyü bəzi yerlərdə 80 santimetrə çatıb. Qeyd edək ki, Atakama səhrasında son 20 ildə belə qar yağmayıb. Qar yolların bağlanmasına səbəb olub, nəqliyyatın hərəkəti çətinləşib. Qara batmış sərnişin avtobusundan 36 boliviyalı xilasedicilər tərəfindən xilas edilib. Onlar dondurucu soyuqda və azuqəsiz düz 48 saat gözləməli olublar. Çilinin paytaxtı Santyaqoda isə havanın temperaturu -8,5 dərəcəyədək düşüb. Cənubi Amerikanın daha 2 ölkəsi - Uruqvay və Argentinada da soyuq hava kütlələri cərəyan edir.

Atakamada dəvə oynamasa da qar yağdı.

Tofiq Əliyev

O.M.