Şəmkirdə yol qəzasında iki nəfər öldü

Şəmkirdə yol qəzasında iki nəfər öldü

7 İyul 2011 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Şəmkir rayonunda ağır yol qəzası baş verib. Rayon sakini Məmməd İbrahimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil Vüsal Mehdiyevin idarə etdiyi ZİL markalı avtomaşınla toqquşub. Nəticədə "VAZ-2106"-nın sürücüsü və onun oğlu hadisə yerindəcə dünyasını dəyişib. Sürücünün arvadı və qızı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

İdarəetməni itirmək hərdən həyatı da itirməyə səbəb olur.

Tofiq Əliyev

O.M.