Qızları dəfələrlə zorlanan ata özünü öldürdü
Türkiyənin Adana şəhərində 45 yaşlı Rəcəb Kaya dükanında özünü güllə ilə vuraraq intihar edib. Onun həyatla könüllü vidalaşmasının səbəbi isə qızlarının başına gələn faciələrdir.
Rəcəb Kayanın böyük qızı 19 yaşlı Özgür
Kaya bu ilin yanvar ayında evdən qaçmışdı. Gənc qız yanına getdiyi 20
yaşlı Məhəmməd Demirtaş ilə əyləndi, sonra da öz istəyi ilə bir yerdə
oldu. Ertəsi gün rəfiqəsinin evinə yollanan Özgürə səhər saatlarında zəng edən
Məhəmməd onu dostunun evindəki ad gününə çağırdı. Ad günündə araq içirdilərək
sərxoş edilən Özgürü əvvəlcə Məhəmməd, sonra da 6 dostu zorladılar. Bir həftə
sonra evinə qayıdan Özgür Kaya sanki heç nə olmamış kimi həyatına davam
etdi. O, başına gətirilənləri ata-anasına deməkdən qorxurdu. Mayda
isə Özgürün 16 yaşlı bacısı Əminə evdən qaçdı. O da böyük bacısının
"sevgilisi" Məhəmməd Demirtaşın evinə yollandı. Böyük bacısıtək o da
içirdilib sərxoş edildi və təcavüzə məruz qaldı. Əminəni Məhəmməddən sonra 5
kişi də zorladı. Həmin evdə bir həftə əsir saxlanılan qız qurtulub qaça bildi
və başına gətirilənləri ailəsinə danışdı. Bundan sonra Özgür də eyni faciəyə
məruz qaldığını dedi. Valideynlər polisə xəbər verdilər. 8 nəfər şübhəli şəxs
qismində tutuldu.
Ata Rəcəb Kaya isə vaxtını 9 ay əvvəl açdığı və
böyük qızının adını verdiyi dükanda keçirirdi. Onu evə çağıran arvadına isə,
"Bu bəlaya dözmək olarmı?" - deyirdi.
Sarçam rayonundakı Orxanqazi məhəlləsində Atatürk
küçəsində yerləşən dükanda o, həyatının son gününü yaşadı. Rəcəb Kaya
tapançanı gicgahına dayayaraq atəş açdı və intihar etdi.
Qız ağacı-qoz ağacı, hər gələn daş atıb keçər. Bu dəfə daş çox olduğundan qızların atasının başına dəydi...
Günel Həbib
O.M.