Terroristlər vücudlarına bomba yerləşdirəcəklər

Terroristlər vücudlarına bomba yerləşdirəcəklər

7 İyul 2011 13:44
Bəyəndim (0) Bəyənmədim (0)
Amerikalı səlahiyyətlilər xəbərdarlıq edirlər

Hava limanı səlahiyyətliləri xəbərdarlıq edirlər: "vücudlarına cərrahi yolla bomba yerləşdirən terroristlər təyyarələri partlada bilərlər".

Bu günə qədər terroristlər hava limanı, təyyarə, alış-veriş mərkəzi və s. bu kimi yerlərdə müxtəlif partlamalar gerçəkləşdirdilər. Amerikada məsul işçilərin verdiyi məlumata görə, limanlardakı kontrol aparatlarından keçə bilmək üçün terroristlər ağıla belə gəlməyən bir yol seçdləri. Belə ki, onlar vücudlarının uyğun bir yerinə bomba yerləşdirirlər.

Dövlət rəsmiləri Usama Ben Ladenin ölümündən sonra bütün məkanlarda təhlükəsizlik tədbirlərinin artırılmasını istəyirlər. Bu xəbərdarlıqdan sonra əsasən hava limanlarına "Body Bomber" adı verilən - vücuddakı bombanı axtarıb tapa bilən aparatın gətirilməsi gözlənilir.

Təəssüf ki bu, bomba xəbər olmadı...

Günel Həbib

O.M.