Liviya üsyançıları paytaxta yaxınlaşdılar

Liviya üsyançıları paytaxta yaxınlaşdılar

7 İyul 2011 11:51
Bəyəndim (0) Bəyənmədim (0)
Avqust ayında sülh müqaviləsi bağlana bilər

Reutersin yaydığı məlumata görə, dünən üsyançılar Liviya paytaxtının cənubundakı kəndlərə daxil olub, digər qrup isə paytaxta şərq tərəfdən irəliləməyə başlayıb. Bu, son həftənin ən böyük uğurudur. Tripolidən 100 km cənub-qərbdə yerləşən Əl-Qaualiş kəndinə daxil olan üsyançılar qələbə münasibətilə havaya atəş açıblar və Qəddafnin bayraqlarını cırıblar. Bu kənd strateji cəhətdən çox önəmlidir. O, Tripoliyə gedən şosenin üzərində olan Qaryan şəhərinə yaxındır. Dünən Liviya dövlət televiziyası bildirib ki, NATO qüvvələri Qaryandakı hərbi mövqeləri, həmçinin Breqa şəhərindəki yanacaq dolu çənləri atəşə tutublar.

Adının açıqlanmasını istəməyən rəsmi Liviya nümayəndəsi isə etiraf edib ki, avqust ayında Qəddafi ilə üsyançılar arasında sülh müqaviləsi bağlana bilər. Xatırladaq ki, bu, müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayına təsadüf edir.
Qəribədir ki, müsəlmanlar il boyu bir-birini qırıb, müqəddəs Ramazan ayında barışmaq istəyirlər. Deməli, araya şeytan girib...

Hafiz Əhmədov

O.M.