Fukuşima-1 hasara alınır

Fukuşima-1 hasara alınır

9 Aprel 2011 11:33
Bəyəndim (0) Bəyənmədim (0)


Yaponiyanın kiodo agentliyinin bu gün yaydığı məlumata görə, qəzalı "Fukuşima-1" AES-nin operatoru olan TEPCO şirkəti stansiyanın ətrafını polad örtüklə bağlamağa başlayıb. Məqsəd Sakit okeana axa biləcək radioaktiv maddələrin qarşısını almaqdır.

İnşaat işləri 2-ci enerji blokda, texniki rezervuarda aparılır. Belə ki, məhz bu rezervuardan okeana axıntı baş verirdi. Çatlaqlar çərşənbə günü təmir olunub. Hasarın ümumi uzunluğu 120 metr olacaqdır.

O.M.