Suda boğulanların əksəriyyəti cavanlardır

Suda boğulanların əksəriyyəti cavanlardır

7 İyul 2011 12:23
Bəyəndim (0) Bəyənmədim (0)
Bu günə qədər 18 nəfər suda boğulub

Çimərlik mövsümü başlayandan bu günə qədər suda 18 nəfər boğulub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin şöbə müdiri Elsevər Həsənovun verdiyi məlumata görə, boğulanların əksəriyyəti cavanlardır. Onun sözlərinə görə, suda batanların əksəriyyəti cavan insanlardır: "Onların arasında 12-25 yaş arasında olanlar üstünlük təşkil edir. Bir çox hadisələr məsuliyyətsizlikdən baş verir. Bəziləri dənizə kefli halda girirlər. Çoxu da, qadağalara baxmırlar, icazə verilməyən yerlərdə çimirlər". O bildirib ki, Xilasetmə Xidməti adi günlərə nisbətən şənbə və bazar günlərində gücləndirilmiş iş rejimində çalışır: "Həmin günlər əhalinin çimərliklərə axını çox olduğuna görə, bütün xilasetmə qrupu ərazilərə cəlb olunur". Şöbə müdirinin sözlərinə görə, hazırda onların fəaliyyətində heç bir problem yaranmayıb. Qeyd edək ki, çimərliklərində 109 xilasetmə məntəqəsi fəaliyyət göstərir.

Ehtiyatı heç zaman əldən verməyin. Çünki, ehtiyat igidin hər zaman yaraşığıdır.

Günel Həbib

O.M.