Hindistanda toydan qayıdan sərnişin avtobusu qatarla toqquşdu

Hindistanda toydan qayıdan sərnişin avtobusu qatarla toqquşdu

7 İyul 2011 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Kanşiram Naqar rayonunda qatarla sərnişin avtobusu toqquşub. Toqquşma nəticəsində 30 nəfər ölüb. Avtobus toy mərasimindən geri qayıdan sərnişinlə dolu olub və nəzarətsiz dəmiryolu xəttinə çıxıb. Qatar dayananadək avtobusu yüzlərlə metr aralı sürüyüb. Avtobusun hissələri arasından 30-dək meyit çıxarılsa da, ölənlərin sayının artacağı istisna edilmir.

İnsanları mənzil başına daşıyan avtobus, onları son mənzilə yola saldı.

Tofiq Əliyev

O.M.