Paytaxtda 3 ton dondurma məhv edilib
Paytaxt Bakıda 3 tona yaxın dondurma məhv edilib. İnsan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "RAH-96" və "Qranit" firmalarına icrası məcburi göstəriş verilib. Bu göstərişin icrası ilə əlaqədar "RAH-96" firmasının istehsal etdiyi 753,03 kq və "Qranit" firmasının istehsalı olan 2103,44 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. Araşdırmalar davam edir.
3 ton dondurmanın satışı donduruldu.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər