Fukuşimadakı şagirdlərdə radiasiya tapıldı

Fukuşimadakı şagirdlərdə radiasiya tapıldı

6 İyul 2011 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyadakı sunami və zəlzələdən 4 ay keçməsinə baxmayaraq, hələ də qara xəbərlərin ardı-arası kəsilmir ki, kəsilmir. Belə ki, Fukuşimadan 60 km uzaqlıqdakı məktəbdə 10 şagirdin idrarından radiaktiv maddələr çıxdı. Mütəxəssislər bu hadisənin nüvə stansiyası ilə bağlı olub-olmadığını yoxlamaq üçün hərəkətə keçiblər. İdrardakı radiasiyanın ölümcül olmadığını bildirən professionallar gələcəkdə xərçəngin bir neçə növünə yaşıl işıq yandıra biləcəyi ehtimalı üzərində də dayanırlar.

Yaponlar bəladan bir addım uzaqlaşanda bəla onlara 2 addım yaxınlaşır.

Günel Həbib

O.M.