Avstraliyada güclü külək ağacları qatarların üstünə aşırıb

Avstraliyada güclü külək ağacları qatarların üstünə aşırıb

6 İyul 2011 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın Sidney şəhərində güclü qasırğa olub. Şəhərin qərb hissəsində güclü külək ağacları aşırıb. Aşan ağaclar 2 qatarın üstünə düşüb, bəzi yollar və dəmiryolu xətləri bağlanıb. 1 nəfərin də xəsarət aldığı bildirilir. Blue Mountains bölgəsində külək bir neçə evə ziyan vurub, bir evdə isə yanğına səbəb olub.

Elektrik enerjisi ilə təmin edən şirkətlərdən birinin məlumatına görə saatda 137 kilometr sürətlə əsən külək elektrik naqillərini qırıb, 24 minədək ev işıqsız qalıb. Bölgədə gücü saatda 100 kilometrə çatan yeni güclü külək proqnozlaşdırılıb.

Tofiq Əliyev

O.M.