Bu gün Ümumdünya Öpüş günüdür

Bu gün Ümumdünya Öpüş günüdür

6 İyul 2011 13:58
Bəyəndim (0) Bəyənmədim (0)


6 iyul Ümumdünya Öpüş günü kimi ilk dəfə Böyük Britaniyada qeyd olunub. Hələ qədimdə insanlar düşünürdülər ki, nəfəsdə ruh saxlanılır və öpüşən zaman ruhların birləşməsi baş verir. Ona görə də buna "Ruhların toyu" deyirdilər. İnsanlar televizorda aktyorların, küçədə insanların öpüşdüyünü görür və öpüşməyi məcburi bir hal kimi qəbul edir. Ona görə də romantik situasiyalara düşdükdə onlarda instinktiv stereotip oyanır və insanlar istəyib və ya istəməməyindən asılı olmayaraq bu hissi dəf edə bilmir.

Qeyd edək ki, ekranda ilk öpüş 1896-cı ildə Tomas Edissonun "öpüş" adlı video rolikində göstərilmişdir. Kino tarixində ən uzun öpüş "You're in the Army Now" filmində 185 saniyəlik kadr olmuşdur. Bu da filmin 4%-ni təşkil edib.

Qoy, hamıya öz sevgilisini öpmək qismət olsun!

Tofiq Əliyev

O.M.