Ölkədə temperatur bu gündən tədricən yüksələcək

Ölkədə temperatur bu gündən tədricən yüksələcək

6 İyul 2011 23:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın rayonlarında bu gün 40 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-23, gündüz 30-35 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
Yaxın 2 gündə hava şəraitinin yağmursuz keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi, sonrakı gündə cənub küləyi ilə əvəz olunacağı, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Bu isti yay günlərində hamınıza çoxlu pul arzulayıram ki. sərinləşə biləsiniz...

Günel Həbib

O.M.